Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib. O bildirib ki, Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır.
“Bu yolun uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20.3 km qısa olacaq. 2-ci yolun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulub".
Aytən Zəhra
Azvision.az