Xudavəng monastrına gedən yol yenidən qurulacaq

 Xudavəng monastrına gedən yol yenidən qurulacaq
  06 Avqust 2021    Oxunub:1114
Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gediş Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində ​ yerinə yetirilmiş işlər barədə hesabat konfransında​ Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır:

"Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23,4 km olan avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin. Digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xudavəng   Yol  



Xəbər lenti