Altı ayda Bakıda 64 km yol təmir edilib

Altı ayda Bakıda 64 km yol təmir edilib
  06 Avqust 2021    Oxunub:1113
“2021-ci ilin 6 ayı ərzində ölkədə 119.6 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulubmuş və təmir olunub. Yerli əhəmiyyətli 55.5 kilometr, Bakı şəhərində isə 64.1 km yol yenidən qurulub və təmir edilib"
Azvision.az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

O bildirib ki, sözügedən təmir işləri, Nərimanov, Binəqədi, Suraxanı və digər əraziləri əhatə edir:

"Nərimanov rayonu - 5.76 km, Binəqədi rayonu - 3 km, Suraxanı rayonu - 5.2 km, Qaradağ rayonu - 0.6 km, Xəzər rayonu - 8.2 km, Xətai rayonu - 6.7 km, Sabunçu rayonu - 0.7 km, Nəsimi rayonu - 1.9 km, Nizami rayonu - 2.3 km təmir edilib. Bundan əlavə 2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında 251.4 min kvadratmetr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib. 2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 kilometrdə, uzunluğu 76.7 metr olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib”.

Aytən Zəhra
Azvision.az



Teqlər:



Xəbər lenti