Laçına 23 km uzunluqda dairəvi yol çəkilir
Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq:
"Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq", - deyə H. Rüstəmov qeyd edib:
"Gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək".
Aytən Zəhra
Azvision.az
Teqlər: Laçın







Vaxtında, Aydın, Lazımlı!


