"Ermənistanın təxribatlarına layiqli cavab verilir" - Azərbaycan Prezidenti

 "Ermənistanın təxribatlarına layiqli cavab verilir" -  Azərbaycan Prezidenti
  06 Avqust 2021    Oxunub:1784
Xəbər verdiyimiz kimi, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Azvision.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

Prezident: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: İlham-Əliyev    



Xəbər lenti