Baş pediatr: "Ananın razılığı olmadan süni qida vermək düzgün deyil"

   Baş pediatr:  "Ananın razılığı olmadan süni qida vermək düzgün deyil"
  06 Avqust 2021    Oxunub:2051
"QİÇS infeksiyası olan ananın uşağa süd verilməsi məsləhət deyil. Hepatit xəstəliyi olan anaların isə körpəsinə süd verməsi əksər ölkələrdə icazə verilir”.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. O qeyd edib ki, ana südünün verilməməsi üçün əks göstərişlər az saydadır:

"Əgər doğumdan sonra körpəyə vaxtında peyvəndlər vurulubsa, onun əmizdirilməsi məqsədəuyğundur. Süni qida ilə bağlı səsləndirilən narazılıqlara da aydınlıq gətirib. Bəzi körpələr olur ki, məcburiyyət qarşılığında ona əlavə süni qida verilməlidir.

Ana stressli olmadığı və kifayət qədər maye qəbulu edilibsə, südü bol olacaq. Bəzən süd gələ bilir, lakin yetərsiz olur. Nəticədə körpədə şəkər azlığı yarana bilər. Anaya məlumat verilmədən, onun razılığı alınmadan süni qida verilməsi düzgün deyil”.

Azvision.az


Teqlər: Ana-südü  



Xəbər lenti