Ana südü necə artırıla bilər?

Ana südü necə artırıla bilər?
  06 Avqust 2021    Oxunub:1658
Körpələrə verilən süni qidalar inək südü tərkibli yeməklərdir. Birbaşa inək və keçi südünün verilməsi doğru deyil. Heyvan yalnız öz balası üçün süd emal edir. Qatılaşdırılmış südün ana üçün südartırıcı təsiri yoxdur, əksinə ziyanı var.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. Baş pediatr bildirib ki, bir uşaqda sübutlu inək südünə qarşı allergiya diaqnozu varsa, keçid südü verilə bilər. 

"Ana südünü artırmaq üçün ananın psixoloji rahat olmaq lazımdır. Bol maye qəbulu şərtdir. Eyni zamanda körpəni sıx-sıx əmzirdirmək vacibdir. Döşün dolu olmasını gözləyib, uşağı əmizdirmək doğru deyil. Məsləhət odur ki, daimi şəkildə əmizdirmək lazımdır. Gecə boyu uşağa süni qida verib ananın yatması süd artımına səbəb olmur. Əksinə süd azalması baş verir. Süd verən zaman ananın yeməyi ilə bağlı hər hansı qadağa yoxdur. Sadəcə çoxlu şirniyyat yeyilməməsi tövsiyə olunur. Bundan başqa, ana ilə körpə eyni otaqda olmalıdır”.

Azvision.az


Teqlər: Anasüdü  



Xəbər lenti