Daha 1 242 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

   Daha 1 242 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
  06 Avqust 2021    Oxunub:919
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.

Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti