Qanunsuz balıq ovlayanlar saxlanılıb

Qanunsuz balıq ovlayanlar saxlanılıb
  06 Avqust 2021    Oxunub:1431
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmətdən Azvision.az - a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: Balıqovu  



Xəbər lenti