Vilayət Eyvazov polis əməkdaşı ilə vida mərasimində
Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilən E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib. Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
"Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!", - deyə DİN-in məlumatında bildirilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


