Quba və Qəbələdə meşə yanğınları söndürülüb

   Quba və Qəbələdə meşə yanğınları söndürülüb
  08 Avqust 2021    Oxunub:1235
Quba və Qəbələdə meşə yanğınları olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: Yanğın   FHN  



Xəbər lenti