Şüvəlanda dənizdə batan yeniyetmə qızın meyiti tapılıb

Şüvəlanda dənizdə batan yeniyetmə qızın meyiti tapılıb
  08 Avqust 2021    Oxunub:1407
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-cı il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Şüvəlan   dəniz   boğulma  



Xəbər lenti