Azərbaycan Ordusunun leytenantı həlak olub

   Azərbaycan Ordusunun leytenantı həlak olub
  09 Avqust 2021    Oxunub:1240
Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Azvision.az


Teqlər: MN  



Xəbər lenti