Müəllimlərin işə qəbulunda vakansiya seçimi başlayır

Müəllimlərin işə qəbulunda vakansiya seçimi başlayır
  10 Avqust 2021    Oxunub:1238
Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər avqustun 13-ü saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Azvision.az


Teqlər: Müəllim  



Xəbər lenti