Menyulara onlayn baxa biləcəyik

 Menyulara onlayn baxa biləcəyik
  10 Avqust 2021    Oxunub:2877
Dövlət Turizm Agentliyinin "Mymenu" onlayn platforması turistlərə səfərdən öncə gedəcəkləri yerlərdə restoranlarda menyularını əldə etmək imkanı verəcək. Bu layihə çərçivəsində 50 restorana səfər edilib və onlara ilkin olaraq treninq keçməklə yanaşı, zövqlərinə uyğun menyu tərtib edilməsində yardım edilib.
Azvision.az xəbər verir ki, bunları Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun müdiri Elgün Cavadov deyib. Onun sözlərinə görə, layihə çərçivəsində əsas hədəf menyuları olmayan və daha yaxşı menyu hazırlamaq istəyən restoranlara yardım etmək olub.

"Onlayn platforma olduğu üçün turistlər istənilən an bura daxil olub gedəcəkləri yerlərdəki restoranların menyuları barədə məlumat ala bilərlər. Bu layihə bütün regionları əhatə edir. Məqsəd turistləri razı salmaq üçün restoranlarda xidmət keyfiyyətini artırmaqdır. Çalışırıq ki, restoran sahiblərinə daha keyfiyyətli menyular təqdim edək. Saytımız iki dildə Azərbaycan və İngilis dilində fəaliyyət göstərir. Menyular isə istəyə uyğun olaraq 3 dildə təqdim oluna bilər".

Aytən Zəhra Bağırzadə
Azvision.az



Teqlər: Restoran   Menyu  



Xəbər lenti