Fuad Nağıyev: “Rəqabət olmasa, qiymət yüksək olacaq”

    Fuad Nağıyev:    “Rəqabət olmasa, qiymət yüksək olacaq”
  10 Avqust 2021    Oxunub:1235
"Dövlət Turizm Agentliyi təyyarə biletlərinin qiymətini formalaşdırmır. Bunu AZAL və digər qurumlar tənzimləyir. Biz onlarla daim təmasdayıq. Dövlət İnvestisiya Holdinqi yaradılıb və AZAL onun tərkibindədir. Biz biletlərin qiyməti iıə bağlı təkliflərimizi göndərmişik”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, rəqabət olmasa, qiymət həmişə yüksək olacaq. "Digər ölkələrdən aviaşirkətləri cəlb etməyə çalışmalıyıq. Məsələn, AZAL Təl-Əvivə reys təşkil edib. Oradan da Bakıya reys olarsa, qiymət münasib olacaq. Turist ölkəyə gələndə biletin qiymətinə və vizanın asan əldə edilməsinə diqqət edir. Ölkədə hotel qiymətləri o qədər də yüksək deyil. Loukosterlər elə-belə uçmur, turistləri gətirən Loukosterlərə subsidiya vermək mexanizmini də fikirləşməliyik".

Aytən Zəhra Bağırzadə
Azvision.az



Teqlər: Təyyarə   Bilet  



Xəbər lenti