Firdovsi Əliyev: "Payızda işğaldan azad olunmuş ərazilərdə ağac əkilməsinə hazırlıq gedir"
Azvision.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O, son günlər baş verən meşə yanğınlarından da bəhs edərək deyib: “Çox əfsuslar olsun ki, son günlər Azərbaycan da, Türkiyə də meşə yanğınları ilə mübarizə aparır. Qardaş ölkədə meşə yanğınları böyük bir fəlakətə səbəb olub. Planetin digər ölkələrində - Amerikada , Avstraliya və digər ölkələrdə də yanğınlar qeydə alınır. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda yanğınların əsas başvermə səbəbi insan faktoru ilə bağlıdır. Vətəndaşlar istirahət üçün yaşıllıqlara üz tutarkən unutmamalıdırlar ki, hər söndürülməyən siqaret və ocaq böyük fəlakətlərə səbəb ola bilər. Bu yanğınların da söndürülməsi asan deyil. Ən azından buna dövlət vəsaiti, maliyyə resursları sərf olunur. Bəzən yanğınlar dağlıq ərazilərdə baş verir ki, bu zaman oraya texnikalar gedə bilmir. Əl əməyinə üstünlük verilir, insanlar gecə-gündüz yorulmadan yanğının söndürülməsinə çalışırlar. O cümlədən helikopter cəlb olunur. Bunun üçün maliyyə dəstəyi lazımdır. Ona görə fürsətdən istifadə edib vətəndaşlarımızı bu məsələlərdə həddindən artıq həssas və diqqətli olmağa çağırırıq. Bəzən ani bir diqqətsizlik ömrü 100 ildən artıq olan bir ağacın məhvinə gətirib çıxarır”.
Azvision.az
Teqlər: Təbiisərvətlərnazirliyi Ağacəkini Firdovsi-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


