Masallıda 15 min 530,8 tondan çox kartof yığılıb

Masallıda 15 min 530,8 tondan çox kartof yığılıb
  10 Avqust 2021    Oxunub:1685
Masallı rayonunda kartof yığımı kampaniyası başa çatmaq üzrədir. İndiyədək sahələrdən 15 min 530,8 ton məhsul yığılıb.
Azvision.az xəbər verir ki, bu barədə Masallı Rayon Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu il rayonda 893,6 hektar sahədə kartof əkilib. Hər hektardan orta hesabla 173,8 sentner məhsul istehsal olunub.

Rayonda yetişdirilimiş kartof məhsulu əsasən yerli bazarlara çatışa çıxarılır.

Azvision.az



Teqlər: Masallı   Kartof  



Xəbər lenti