Daha 2 siyasi partiyaya ofis verilib

   Daha 2 siyasi partiyaya ofis verilib
  11 Avqust 2021    Oxunub:1185
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Azvision.az


Teqlər: Partiya  



Xəbər lenti