Oğuzda dağlıq ərazidə yanğın başlayıb

   Oğuzda dağlıq ərazidə yanğın başlayıb
  11 Avqust 2021    Oxunub:1133
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: Oğuz   Yanğın  



Xəbər lenti