3-5 avqust tarixlərində gerçəkləşən tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev idarə edib. Məhz, Əyyub Quliyevin ifasında həmin balet 2020-ci ilin avqust ayında Vladivostokda (Mariinski Teatrında), yanvarda Sankt-Peterqburda, may ayında isə Kazanda Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalının açılışında uğurla səslənib.Tamaşalarda əsas rollarda Primorski səhnəsinin solistləri İrina Sapojnikova, Anna Samostrelova, Sergey Umanets, Kanat Nadırbek, Liliya Berejnova, Katerina Floriya, Gilerme Junio və Yuriy Zinnurov yer almışlar. Tamaşalarda Mariinski teatrının məşhur solistləri Renata Şakirova (Şəhrizad), Yekaterina Çebıkina (Nuridə) və Nikita Korneyevin (Şəriyar) yer alması “1001 gecə” baletinin ifasına xüsusi rəng qatmışdır. Əsərdə vokal bölümünü Anastasiya Kikot (soprano), milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa ediblər.
Qeyd etmək lazımdır ki, Mariinski Teatrının 238-ci mövsümünün məhz Azərbaycan bəstəkarının əsəri ilə tamamlanması daha bir önəmli hadisələrdən biridir. Bütün tamaşalara biletlər öncədən satılmış və Sankt-Peterburq ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Hər tamaşanın ifasından sonra Mariinski Teatrın dinləyiciləri “1001 gecə” baletinin iştirakçılarını ayaqüstə alqışlarla qarşılayıblar. Əsərin ifasından sonra Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ifaçıları uğurlu çıxış münasibətilə təbrik edərək Fikrət Əmirovun baletinin yeni quruluşunun tarixi əhəmiyyətini qeyd etmişdir. Möhtəşəm səhnə əsərində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin bərabər yaradıcılıq işinin iki ölkə arasında mədəni münasibətlərin inkişafında xüsusi rol oynayacığının əminliyini bildiriblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


