Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü - VİDEO

   Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü -  VİDEO
  11 Avqust 2021    Oxunub:2559

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvlərilə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.





Azvision.az



Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti