- Sonrakı gün bizimlə vidalaşdı. Evin böyük oğlu olduğum üçün mənə dedi ki, “anan və qardaşlarından muğayat ol”. İmkan edən kimi bizimlə danışardı, vəziyətimizi soruşardı, hər zəngdə də anamı və qardaşlarımı mənə əmanət edərdi.
Hikmət sonuncu dəfə atası ilə oktyabrın 18-də danışıb. Döyüşdən çıxmış atasının səsində yorğunluq duyan Hikmət onun dincəlməsi üçün söhbətini qısa kəsib. Yolunu səbirsizliklə gözlədiyi atasının isə 2 gün sonra şəhadət xəbəri gəlib.
Böyüyəndə polis olmaq istəyən Hikmət atasının son vəsiyyətini layiqincə yerinə yetirəcəyini və qardaşlarına daim dayaq olacağını vurğulayıb.
Mayor Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak edib. Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
“Qarabağ” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


