Ceyranbatan su anbarı yaxınlığında yanğın olub

Ceyranbatan su anbarı yaxınlığında yanğın olub
  12 Avqust 2021    Oxunub:1361
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın başlayıb.
Azvision.az xəbər verir ki, Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda kol-kos yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Yanğın  



Xəbər lenti