"FHN-in əməkdaşları Türkiyədə böyük fədakarlıq göstəriblər" - Nazir müavini
“Gəldiyimiz ilk gündən yanğınlara qarşı mübarizədə fəal iştirak etmişik. Qeyd olunan bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimdə mühafizə xidməti aparırlar”.
E.Mirzəyev qeyd edib ki, bundan əlavə qüvvələrimiz Köyceğiz rayonunun Pınar, Karayer, Kavakçık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənlidə yanğınlarla mübarizə aparıblar:
“Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgələrində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmərdə, Menteşedə, Qazeller, Muğlanın düzənlik sahəsində, Kozaağac, Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan başqa, Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fethiye bölgələri, Dalaman hava limanının ətrafı, Dənizli vilayətində Buldak, Tavas, Burduk-Bucak bölgələrində də yanğınların söndürülməsi üzrə verilən tapşırıqlar uğurla yerinə yetirilib”.
Azvision.az
Teqlər: FHN







Vaxtında, Aydın, Lazımlı!


