
Ümumiyyətlə, “Xəzər günü” ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.
“Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”.
Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

““Xəzər günü” ilə bağlı keçirilən tədbirlərdə yanımızda olan, aksiyalarda fəal iştirak edən EkoSfera-Sosial Ekoloji Mərkəz, “Yaşıl ASAN” Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “AzEkol” MMC, Xəzər Dəniz Neft Donanması, Dənizkənarı Bulvar İdarəsi, İSR Holdinq, iştirakınıza və dəstəyinizə görə çox sağ olun!”


Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


