Türkiyədə sel qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNİB

 Türkiyədə sel qurbanlarının sayı 38-ə çatdı -  YENİLƏNİB
  13 Avqust 2021    Oxunub:1358
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 38-ə yüksəlib. Selin təsirindən Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində yazıb. O bildirib ki, Ayancık rayonundakı dövlət xəstəxanasından 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb. Nazir Kastamonuda 228 nəfərin selin təsirinə məruz qaldığını, hazırda onlardan 12-nin xəstəxana şəraitində müalicə olunduğunu qeyd edib.

***
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Bartında itkin düşən bir nəfərin axtarışları davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   Sel  



Xəbər lenti