Əyani tədrisin bərpası üçün vaksinasiya vacibdir - Həkim
Vaksinlə bağlı Azərbaycanda problem yaşanmadığını deyən mikrobioloq bildirib ki, vətəndaşlarımız bir neçə növ peyvənd arasında seçim etmək imkanına malikdirlər:
“Bəzən valideynlə övladlarının peyvənd vurdurmasından qorxurlar. Buna görə distant təhsili seçənlər də var. Halbuki, tələbələrin özləri əyani təhsilə qayıtmaq istəyirlər. Çünki tibb sahəsində distant təhsil əyani praktikanın yerini verə bilməz. Tələbələr çox məqamı öz gözləri ilə görməli, birbaşa baxaraq öyrənməlidirlər. Keçən tədris ilində biz yuxarı kurslarda əyani, aşağı kurslarda isə onlayn tədris aparmaqla, qarışıq forma tətbiq etdik. Lakin bu gün tam əyani tədrisə keçmək imkanı varsa, onu dəyərləndirmək lazımdır".
S.Cavadov bildirib ki, “immunitetim yüksəkdir, bədənim güclüdür, virusa yoluxmayacam” deyənlər səhv edirlər:
"Bu zaman əksər vətəndaşlar orqanizmin müqaviməti ilə xəstəliyə qarşı yaranan immuniteti qarışdırırlar. Bu, hər hansı bir xəstəliyə qarşı yaranan immunitetdir. Biz özümüz də uşaqlıq dövründə bir neçə infeksiyaya qarşı vaksinasiya olunmuşuq. Eləcə də, yetkinlik dövründə bəzi vətəndaşlar, xüsusilə tibb işçiləri hepatit B virusuna qarşı peyvənd vurdururlar. Yəni, biz artıq peyvəndləşmənin üstünlüklərindən xəbərdarıq. Vaksinasiya ictimai hal alarsa, əhalinin 80 faizi immunitet qazanmış olar və biz bu xəstəliyə qalib gələ bilərik. Ona görə hər kəsi peyvənd olunmağa, həm özünü, həm də ətrafdakıları qorumağa çağırıram".
Azvision.az
Teqlər: Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


