Kəlbəcərdə iki hərbçimiz yol qəzasında həlak olub

   Kəlbəcərdə iki hərbçimiz yol qəzasında həlak olub
  14 Avqust 2021    Oxunub:1524
Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Azvision.az


Teqlər: Kəlbəcər   Hərbçi  



Xəbər lenti