Həmçinin görüş zamanı 2019-cu ilin iyun ayında Bakıda keçirilmiş “BMT Dövlət Xidmətləri Forumu” çərçivəsində təsis olunmuş və Türkiyə tərəfinin də imzası olduğu “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın fəaliyyəti ilə əlaqədar danışıqlar həyata keçirilib.
Tükiyə Respublikasının müvafiq sahələr fəaliyyət göstərən digər qurum və təşkilatları ilə keçirilən görüşlər zamanı Azərbaycanın “ASAN xidmət” və rəqəmsal xidmətlər sahəsində mövcud təcrübəsi haqqında ətraflı məlumat verilib, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması və inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


