Vakansiya seçimində 1599 namizəd uğur qazanıb

Vakansiya seçimində 1599 namizəd uğur qazanıb
  14 Avqust 2021    Oxunub:912
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində avqustun 10-13-də biologiya, musiqi, ingilis və rus dilləri fənləri üzrə vakansiya seçimi aparılıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Azvision.az -a bildirilib ki, vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifəsində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub. Müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib.

Azvision.az


Teqlər: Müəllim  



Xəbər lenti