"Azərbaycan Pakistanın ən önəmli dostudur" - Səfir

   "Azərbaycan Pakistanın ən önəmli dostudur" -    Səfir
  14 Avqust 2021    Oxunub:1799
"Azərbaycan Pakistanın ən önəmli dostudur. İki ölkə hər zaman həm yaxşı, həm də çətin zamanlarda yanaşı dayanıb, bir-birinin yanında olub"
Azvision.az  xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Pakistanın müstəqilliyini elan etməsinin 74 illiyinə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir:

"Azərbaycan xalqının bu dəstəyini yüksək qiymətləndiririk. Bu gün həm Pakistan, həm də Azərbaycan COVID-19, iqlim dəyişikliyi və s. kimi problemlərlə üzləşib. Ölkələrimizin bu cür problemləri birlikdə həll etməyə çalışması çox vacibdir. Ümid edirəm ki, qarşıdakı aylarda və illərdə hər iki ölkə daha böyük tərəqqi və firavanlıq əldə edəcək”.

Pakistanın müstəqilliyinin 74 illiyini qeyd etdiyini detə  səfir ölkənin bu illər ərzində ölkə çox böyük irəliləyişə nail olduğunu deyib:
"İqtisadiyyatımız inkişaf edir, sənaye istehsalı artıb, ən əsası isə Pakistan beynəlxalq arenada dostlar qazanıb".

Azvision.az


Teqlər: Azərbaycan   Pakistan  



Xəbər lenti