Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib

      Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib
  15 Avqust 2021    Oxunub:2775
Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.
Bu barədə Azvision.az - a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

Azvision.az


Teqlər: Ermənistan   təxribat  



Xəbər lenti