Müharibə dövründə dövlət başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verdiyini xatırladan deputat bu amilin informasiya müharibəsində qalib gəlməyimizə ciddi təsir etdiyini bildirib:
“Hazırda bu siyasət uğurla davam etdirilir. Təəssüf ki, Ermənistandan yenə də oxşar təxribatlar, revanşist və məsuliyyətsiz bəyanatlar gəlir. Bu baxımdan cənab Prezidentin belə bir həssas dönəmdə nüfuzlu “CNN-Türk” televiziya kanalına müsahibə verməsi xüsusi önəm daşıdı. Dövlət başçısı jurnalistin müxtəlif mövzuları əhatə edən suallarına səlist və peşəkar cavablar verməklə həm region ölkələrinə, həm də Ermənistana ciddi mesajlar ünvanladı.
Burada sülhməramlı qüvvələrin fəaliyyəti, Rusiyanın yenidən İrəvanı silahlandırması, Ermənistanın sərhəd və digər təxribatlara son qoyması, Türkiyə-Azərbaycan münasibətlərinin önəmi barədə səsləndirilən fikirlər müsahibənin əhəmiyyətini daha da artırdı. Hesab edirəm ki, bu, ötən ilin sonlarında aktiv şəkildə aparılan informasiya müharibəsinin davamı kimi qiymətləndirilməlidir. Çünki “CNN-Türk”ə verilən müsahibə həm də erməni silahlılarının yenidən atəşkəsi pozması, müxtəlif hərbi təxribatlar törətməsi dövrünə təsadüf etd i”.
|
| Prezidentin “CNN Türk”ə müsahibəsi - TAM MƏTN |
“Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri bəzi ölkələrə konkret siyasi mesajların ünvanlanması, Ermənistana isə sərt xəbərdarlığın edilməsi oldu. Əgər İrəvan yol verdiyi təxribatlar fonunda Bakının xəbərdarlıqlarından nəticə çıxarmazsa, Azərbaycan Ermənistanı növbəti dəfə çox ciddi şəkildə cəzalandıracaq . Ermənistanın hərbi-siyasi rəhərliyi özü müstəqil şəkildə seçimini etməlidir və bölgədə gərginliyin artmasına hesablanmış ardıcıl təxribatlara son qoymalıdır”.
Deputat Türkiyə telekanalının obyektivliyini də yüksək qiymətləndirib:
“Biz Vətən müharibəsindən yaxşı xatırlayırıq ki, “CNN-Türk” televiziya kanalı Azərbaycan həqiqətlərinin, erməni vandalizmi və hərbi cinayətlərinin dünyaya çatdırılmasında çox aktiv rol oynamışdı. Yəni Prezidentin özündə mühüm siyasi mesajları əks etdirən məlum müsahibəsinin getdiyi bu kanal həm də bir neçə dildə yayımlanır, dünyada geniş şəkildə izlənilən nüfuzlu televiziyalardan biridir. Qısası, hesab edirəm ki, “CNN-Türk”də növbəti dəfə reallıqların olduğu kimi təqdim olunması, Prezidentin Azərbaycan həqiqətlərinə, regiondakı proseslərə dair mühüm fikirləri ölkəmizin informasiya müharibəsində uğurlu hücumu kimi qiymətləndirilməlidir ”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


