"Erməni hərbçinin həlak olması məlumatı dezinformasiyasıdır" - Müdafiə Nazirliyi

   "Erməni hərbçinin həlak olması məlumatı dezinformasiyasıdır" -    Müdafiə Nazirliyi
  16 Avqust 2021    Oxunub:1398
Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir" - deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Naxçıvan   MN  



Xəbər lenti