Türyançay Qoruğunda güclü şimşək çaxır

   Türyançay Qoruğunda güclü şimşək çaxır
  16 Avqust 2021    Oxunub:1757
Bu gün axşam saatlarından başlayaraq Türyançay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunur. Ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

İradə İbrahimovanın sözlərinə görə, bir neçə gün əvvəl qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş vermiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülmüşdü.


Azvision.az


Teqlər: Şimşək  



Xəbər lenti