Dövlət başçısı: “Onların arzuları gözlərində qaldı” - VİDEO

      Dövlət başçısı:    “Onların arzuları gözlərində qaldı” -    VİDEO
  16 Avqust 2021    Oxunub:21081
“Ermənilər tərəfindən dağıdılan evlər. Bura Zallar kəndinin ərazisidir”.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

“Üçüncü yolu da onlar Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları onların gözlərində qaldı. Bizim evlər. Ermənilər tərəfindən dağıdılmış azərbaycanlıların evləri. Otuz il ərzində ermənilər bizim torpaqlarımızı ancaq istismar edirdi. Təbii sərvərtləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır.

Ali Baş Komandan : "Düşməni torpağımızdan qovduq" - VİDEO
Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar, torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşməni məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.



Azvision.az



Teqlər:  



Xəbər lenti