COVID-19 pasportu olmayan 33 nəfər toya buraxılmayıb

COVID-19 pasportu olmayan 33 nəfər toya buraxılmayıb
  17 Avqust 2021    Oxunub:1665
Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, çonitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az


Teqlər: Toy   COVIDpasport  



Xəbər lenti