"Bu il 87 iş üzrə ittiham aktı geri qaytarılıb" - Prokurorluq
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 87-dir. Belə ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb:
"Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".
Azvision.az
Teqlər: BaşProkurorluq







Vaxtında, Aydın, Lazımlı!


