Niyaz Niftiyev azadlığa buraxılıb

   Niyaz Niftiyev azadlığa buraxılıb
  17 Avqust 2021    Oxunub:1507
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyevin, onun müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azvision.az -ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini, Mətanət Nəsibovanın isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Prokuror həmçinin Niyaz Niftiyev həbsdən məhkəmə zalından azad edilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Niyaz Niftiyev 8 ay ay 1 gün azadlıqdan məhrum edilib. Həmin cəza şərti hesab edilib və barəsində iki il sınaq müddəti seçilib.

Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib. Həbsdə olan N. Niftiyev məhkəmə zalından azadlığa buraxılıb.

Azvision.az


Teqlər: Məhkəmə  



Xəbər lenti