Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

   Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib -    FOTOLAR
  17 Avqust 2021    Oxunub:1351
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.











Azvision.az


Teqlər: ZakirHəsənov   “IDEF-2021”sərgi  



Xəbər lenti