Ağsudakı dağlıq ərazidə yanğın söndürülüb

 Ağsudakı dağlıq ərazidə yanğın söndürülüb
  17 Avqust 2021    Oxunub:1532
Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

Alov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: Yanğın   FHN  



Xəbər lenti