Daha beş koronaviruslu xəstə ictimai yerdə aşkarlandı

Daha beş koronaviruslu xəstə ictimai yerdə aşkarlandı
  18 Avqust 2021    Oxunub:1611
16 və 17 avqustda beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az - a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Azvision.az



Teqlər: Koronavirus  



Xəbər lenti