Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

 Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb
  18 Avqust 2021    Oxunub:1910
“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: MN   Türkiyə  



Xəbər lenti