Koronavirusdan sağalan şəxs qan verə bilər

 Koronavirusdan sağalan şəxs qan verə bilər
  19 Avqust 2021    Oxunub:1170
Koronavirusa yoluxub sağalmış insan 28 gün sonra qan verə bilər. Ümumiyyətlə qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova məlumat verib. O bildirib ki, yeni növ koronavirus (COVID-19) respirator infeksiyadır və qanla yox, tənəffüs yolu ilə yoluxur.

“Bəzi hallarda II qan qrupundan III, IV qan qrupuna donor kimi istifadə olunur. Yalnız -I universal qan sayılır. Yəni, kritik halda, həmin qrupdan olan qan tapılmadıqda həmin qan köçürülə bilər. Lakin, əslində, bir qan qrupu heç vaxt digərini əvəz edə bilməz. Hər qan qrupu yalnız həmin qrupdan olan qanı əvəz edə bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Qanvermə  





Xəbər lenti