Saxta COVID pasportları verilir

   Saxta COVID pasportları verilir
  20 Avqust 2021    Oxunub:1422
“Təəssüf ki, Azərbaycanda da koronavirus əleyhinə saxta peyvənd pasportu verənlər var”.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"İnsanlar var ki, hazırda reanimasiyadadır və ağır vəziyyətlərdədir. Onların əlində COVID-19 pasportu var, araşdırma zamanı məlum olub ki, onlar saxta sənəd alıb. Düşünün ki, insan pul verib saxta pasport alıb, amma onun həyatı böyük bir təhlükə altındadır. Bütün bunlar araşdırılır və həmin şəxslər məsuliyyətə cəlb edilir”-deyə, o bildirib.
.
Aytən Zəhra
Azvision.az




Teqlər: Saxta-Covid-pasportu   Şahmar-Mövsümov  



Xəbər lenti