"Müəllimlərin azı 80 faizi peyvənd olunmalıdır" – Prezidentin köməkçisi

   "Müəllimlərin azı 80 faizi peyvənd olunmalıdır" –  Prezidentin köməkçisi
  20 Avqust 2021    Oxunub:1782
Sentyabrın 15-dən məktəblərdə dərslərin başlanılması nəzərdə tutulur.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, epidemioloji vəziyyətdən asılı olaraq sentyabrın əvvəlində bu məsələyə yenidən baxıla bilər.

“Valideynlərin peyvəndlənməsi ilə bağlı tələb qoyulmayıb. Amma təhsil işçiləri üçün belə tələb qoyuulub. Onların ən azı 80 faizi vaksin olunmalıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllimlər   Peyvənd  



Xəbər lenti