Azərbaycanda vurulan vaksinlərin sayı 6 milyonu ötüb

   Azərbaycanda vurulan vaksinlərin sayı 6 milyonu ötüb
  20 Avqust 2021    Oxunub:1624
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54455 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6045471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3617203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2428268 təşkil edir.

Azvision.az


Teqlər:





Xəbər lenti