Artilleriyaçılar beynəlxalq müsabiqəyə hazırlaşır

Artilleriyaçılar beynəlxalq müsabiqəyə hazırlaşır
  21 Avqust 2021    Oxunub:1121
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları davam edir.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Püşkatma mərasimində iştirak edən artilleriyaçılarımız əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olub.

Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıb.

Hazırlıq prosesini yekunlaşdıqdan sonra komandamız minaatanlardan sınaq atışları yerinə yetirib. Qeyd edək ki, sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.

Azvision.az



Teqlər: Artilleriya   Yarış  





Xəbər lenti