Saxta peyvənd sertifikatı alanlar ölüm lotereyası ilə oynayırlar

   Saxta peyvənd sertifikatı alanlar ölüm lotereyası ilə oynayırlar
  22 Avqust 2021    Oxunub:2880
"İnsanları yayındırmasalar, hər kəs gəlib peyvənd olunacaq. Üçüncü dalğa nəticəsində artıq insanların vaksinasiyaya meylini görürük".
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində deyib. O bildirib ki, ölkədə kifayət qədər vaksin ehtiyatı var.

"Hətta bu ehtiyat üçüncü dozanı vurmaq üçün də yetərlidir. Bu gün saxta peyvənd sertifikatı əldə edən vətəndaşlar və onu verən tibb işçisi "ölüm loteriyası" ilə oynayırlar. Bunu əldə etməklə şəxs nəinki özünü, ətrafdakıları, yaxınlarını təhlükə altına atır. Bu məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Peyvənd  



Xəbər lenti